Astara rayonu ərazisində silah-sursat aşkarlanıb.
Djb.az-ın ONA-ya istinadən məlumatına gorə, bu barədə Agentliyə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən daxil olub.
Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları Astara rayonu, Qamışovka kəndinə göndərilib və adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı və 1 ədəd korroziyaya uğramış tapança aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş obyektlərin ətrafında 300 kv/m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və ya qurğu aşkarlanmayıb.