Son 5 ildə (2014-2018) Azərbaycanda yenidoğulan oğlan uşaqlarına ən az qoyulan adlar Əkbər, Emin, Elmir, Fuad, Sübhan, Davud, Sənan, Fateh olub.
Djb.az Trend-ə istinadən xəbər verir ki, son 5 ildə 12 507 oğlana Yusif adı qoyulduğu halda, cəmi 1236 oğlana Əkbər, 1225 oğlana Elmir, 1205 oğlana Emin, 1185 oğlana Davud, 1147 oğlana Fuad, 1145 oğlana Sənan, 1129 oğlana Onur, 1084 oğlana Sübhan adı qoyulub.
Bu adların hər biri il ərzində demək olar ki, 300-400 uşağa verilib.
Yenidoğulmuş qızlara ən az qoyulan adlar isə Nərmin, Sevinc, Lalə, Ləman, Nigar, Aytac, Əsmər olub.
Son 5 ildə qızlara ən çox verilən ad Zəhra olub ki, ötən müddətdə bu 11 918 yenidoğulan qıza qoyulub. Lakin ötən müddətdə cəmi 1546 qıza Nərmin, 1526 qıza Nigar, 1429 qıza Ləman, 1306 qıza Sevinc, 1032 qıza Aytac, 1031 qıza Lalə, 1022 qıza Əsmər adı qoyulub.
Ümumilikdə ötən müddətdə qızlara qoyulan ən məşhur adlar Zəhra ilə yanaşı, Nuray (8561), Fatimə (7217), Aylin (6675), Məryəm (6404) və s. olub.
Oğlan uşaqlarına isə Yusifdən sonra ən çox qoyulan adlar Əli (9087), Hüseyn (8921), Ömər (6696), Məhəmməd (5861) olub.
Oxunub: 615