dini radikalizm və ekstremizmlə mübarizə

Erməni müğənni bəstəboy olduğuna görə festivaldan qovuldu

Erməni müğənni bəstəboy olduğuna görə festivaldan qovuldu

Tatarıstan Respublikasının prokurorluğu Musa Cəlil adına Tatarıstan Dövlət Opera və Balet Teatrının müğənni Xaçatur Badalyanla müqaviləni pozması faktını araşdırır.

Məlumata görə, Xaçatur Badalyandan Tatarıstan prokurorluğuna müraciət daxil olub. O, Şalyapin festivalında opera solisti qismində iştirakı ilə bağlı “Premyer” agentliyi ilə bağlanmış müqavilənin pozulduğunu, buna səbəb kimi isə bəstəboy olmasının göstərildiyini deyib. Badalyan prokurorluqdan əmək hüquqlarının pozulması faktının araşdırılmasını istəyib.

“Premyer” art-agentliyi ilə müqavilədə Badalyanın F.İ.Şalyapin adına Beynəlxalq Opera Festivalı çərçivəsində iki opera və iki qala konsertdə çıxışı nəzərdə tutulurdu. Badalyan ilk operadan bir gün qabaq Kazana gedəndə, hazırlanmış kostyumların ona çox böyük olduğu məlum olub.

Badalyan öz ölçüsünə uyğun olmayan kostyumda çıxış etsə də, dörd gündən sonra Kazan operasından agentliyə müğənninin çıxışlarının təxirə salındığı və dövlət müqaviləsinə xitam veriləcəyi ilə bağlı bildiriş daxil olub.

“İnterfaks”ın yazdığına görə, bütün danışıqlar kastinq direktoru ilə aparılıb, teatrın direktoru məsələyə aydınlıq gətirməkdən imtina edib.

Qeyd edək ki, sözügedən müğənninin boyu 170 sm-dir.

Oxunub: 865
Oxşar xəbərlər
SON XƏBƏRLƏR