dini radikalizm və ekstremizmlə mübarizə

Sumqayıtdakı 3 nömrəli marşrut xəttində süni qiymət artımı

Sumqayıtdakı 3 nömrəli marşrut xəttində süni qiymət artımı


Sumqayıtda fəaliyyət göstərən 3 nömrəli marşrut xəttində süni qiymət artımı olub.


DJB.az-ın məlumatına görə, qiymət 25 qəpikdən 30 qəpiyə qaldırılıb. Qiymət artımı ilə bağlı artıq marşrut avtobuslarına elan da vurulub.


Sözügedən avtobuslar Sumqayıt şəhərinin Sülh küçəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində və əks istiqamətdə sərnişindaşıma ilə məşğuldur. Avtobuslarda qiymət marşrut xəttinin bağlı olduğu ''Nəqliyyat'' MMC tərəfindən artırılıb.


Qiymət artımı bu marşrutdan istifadə edən sərnişinlərin haqlı narazılızığına səbəb olub.


Marşrut sürücülərinın sözlərinə görə, artım ilə bağlı göstəriş şirkətdən verilib.


Xətt dispetçerləri də qiymət artımının müdriyyət tərəfindən edildiyini dedilər.


Fakt ilə bağlı sözügedən şirkətlə əlaqə saxlasaq da, qurumun rəisi Xannı Rüstəmov məsələyə münasibət bildirməkdən boyun qaçırdı.

Leyli Mustafa Sumqayit

Oxunub: 930
Oxşar xəbərlər
SON XƏBƏRLƏR