dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın hərbçi qızları və T-72 tankı - Foto

Azərbaycanın hərbçi qızları və T-72 tankı - Foto
Azərbaycan Sərhəd Qoşunlarının T-72AB müasir tankının qadın ekipajı hərbi maşını məharətlə idarə edir.

Virtualaz.org bildirir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.

Nəşr xatırladır ki, Azərbaycanın Sərhəd Qoşunları müasir hərbi texnika, o cümlədən döyüş meydanında müasir manevrləri ilə əminliklə liderlik edən Rusiyanın T-72AB tankları ilə tamamilə təchiz edilib. Amma onları məhz qızların idarə etdiyi ilk dəfədir məlum olub.

Nəşr vurğulayır ki, yəqin, dünyada heç bir sərhəd qoşunları Azərbaycanın Sərhəd Qoşunları kimi belə yaxşı silahlanmayıb. Azərbaycanın qız-tankçılarının hazırlıq səviyyəsi isə müqayisəyə gəlməz dərəcədə yüksəkdir. Bu da təbiidir. Axı bu elit bölməyə düşmək elə də asan deyil-onlar öz bacarıqlarını güclü cinsin təmsiçilərinə daim göstərməli olurlar.

Xatırladaq ki, T-72 "Ural" SSRİ-nin əsas tanklarının ikinci nəslinin ən kütləvi döyüş maşınıdır. T-72 Nijni-Tagildəki Ural Vagon Zavodu tərəfindən hazırlanır və istehsal olunur. SSRİ Silahlı Qüvvələrində silahlanmaya 1973 - cü ildə qəbul edilib. "Ural" MDB ölkələrinin silahlanmasında özünəməxsus yer tutur. Varşava Müqaviləsi ölkələrinə, eləcə də Finlandiya, Hindistan , İran, İraq və Suriyaya ixrac edilir.

Azərbaycanın hərbçi qızları və T-72 tankı - Foto

Oxunub: 708
Oxşar xəbərlər
SON XƏBƏRLƏR