2017-ci ildə Azərbaycanda qeydə alınan nikahların və boşananların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, 2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halı qeydə alınıb.
Bildirilib ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.
2017-ci ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 3073 nəfər gələn və 1901 nəfər ölkədən gedən qeydə alınıb, miqrasiya saldosu müsbət 1172 nəfər təşkil edib.