dini radikalizm və ekstremizmlə mübarizə

Uşaq zorakılığına yox deyək!

Uşaq zorakılığına yox deyək!
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3-cü kurs tələbəsi Fərid İsmayılov Azərbaycanda uşaq zorakılığı ilə bağlı 01.01.2018 tarixindən kompaniyaya başlayıb. Belə ki, tələbənin əsas məqsədi respublikanın 7 rayon və şəhərində maarifləndirmə işləri aparmaq olub. Tələbə Layihələr departamentinin rəhbəri olduğu “Yeni Nəsil Maarifçilər Klubuna” müraciət edib. “Yeni Nəsil Maarifçilər Klubu” tələbənin məqsədini müsbət qarşılayıb və ona maddi dəstək ayırıb. Tələbənin layihəsindən xəbər tutan ADNSU-nun Xarici dillər kafedrasının müəlliməsi tələbəsinin layihəsinə xeyli miqdarda maddi dəstək olub. Layihənin icrasında isə “Gənc Tağıyevçilər Cəmiyyəti” öz dəstəyini əsirgəməyib.
Abşeron- Bakı- İsmayıllı- Qəbələ- Oğuz- Şəki – Gəncə marşrutu üzrə hərəkətə başlayan tələbə ümumilikdə 1000 nəfər arasında maarifləndirmə işləri aparıb. O, uşaqlarla birlikdə uşaq zorakılığına yox deyib! 08.02.2018 tarixindən start götürən layihəyə 14.02.2018 tarixində yekun vurulub.
Fərid İsmayılov 2016-cı ildən etibarən Azərbaycanda uşaq istismarı və zorakılığı ilə bağlı onlarla layihənin rəhbəridir.
Fərid İsmayılov ona dəstək olan hər bir kəsə öz təşəkkürünü bildirir!

Uşaq zorakılığına yox deyək!
Uşaq zorakılığına yox deyək!
Uşaq zorakılığına yox deyək!
Uşaq zorakılığına yox deyək!
Uşaq zorakılığına yox deyək!
Uşaq zorakılığına yox deyək!

Oxunub: 808
Oxşar xəbərlər
SON XƏBƏRLƏR