UNICEF 2018-ci ilin ilk günündə dünyaya gələn uşaqların sayını açıqlayıb.
Oxu.Az UNICEF-in rəsmi saytına istinadən xəbər verir ki, təşkilatın yaydığı hesabatda 1 yanvar 2018-ci il tarixində 386 min körpənin dünyaya göz açdığı qeyd edilib.
Hesabatda vurğulanıb ki, həmin körpələrin 90 faizi az inkişaf etmiş ölkələrdə dünyaya gəlib. Doğuşların yarısından çoxu əsasən, 9 ölkədədir. Hindistanda 69010, Çində 20210, Demokratik Konqo Cümhuriyyətində 9400, Efiopiyada 9020 və Banqladeşdə 8370 körpə doğulub.