dini radikalizm və ekstremizmlə mübarizə

Laçındakı ermənilər köçürüləcək, yeganə variant... - Armen Qriqoryan

Laçındakı ermənilər köçürüləcək, yeganə variant... - Armen Qriqoryan

9 noyabr 2020-ci ildən bəri Qarabağdan olan həmkarlarımızla Laçın və Ağavno ilə bağlı məsələləri müzakirə edirik.

Djb.az olke.az-a istinadən xəbər verir ki, bu barədə iyunun 30-da hökumətin iclasından sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bununla bağlı iş gedir və ictimaiyyət də məlumatlandırılıb.

Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, Ermənistan tərəfinin həm yol, həm də bu yaşayış məntəqələrinin sakinləri baxımından həlli üçün hələ vaxtı var.

“Bizim 1,5 il vaxtımız var. Biz işləyəcəyik və həll yollarını tapacağıq”, - Qriqoryan vurğulayıb.

Sülhün təmin edilməsi istiqamətində atılan addımlardan danışan Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, bütün mümkün çətinliklərdən xəbərdardırlar: “Bununla belə, biz onu da başa düşürük ki, regionumuzda uzunmüddətli təhlükəsizliyi təmin etmək üçün yeganə variant sülh gündəmini irəli aparmaqdır. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.

Oxunub: 340
Oxşar xəbərlər
SON XƏBƏRLƏR