dini radikalizm və ekstremizmlə mübarizə

Siyarto: Rusiya əleyhinə səs verməyəcəyik!


Neftə olan tələbatımızın 65%-ni Rusiyanın hesabına ödəyirik. Açıq şəkildə deyirik ki, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi bizim tərəfimizdən konkret addımlar tələb edir. Ona görə də Rusiyadan Macarıstana qaz və neft tədarükünü məhdudlaşdıracaq sanksiyalara səs vermirik.

Djb.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto deyib.

"Biz Avropa Birliyinin hər cür sanksiya paketlərində iştirak etmişik, buna rəğmən biz həmişə AB-nin haqsız ittihamları ilə üzləşirik.

Bu, siyasi qərar deyil, tamamilə ölkəmizin enerji təhlükəsizliyinə aid məsələdir. Çünki bu mərhələdə Rusiya nefti olmadan iqtisadiyyatımızın düzgün işləməsini təmin edə bilmərik", - Siyarto bildirib.

Oxunub: 304
Oxşar xəbərlər
SON XƏBƏRLƏR