dini radikalizm və ekstremizmlə mübarizə

Zelenskinin Türkiyə ilə bağlı iradlarına Dövlət Baxçalı CAVAB VERDİ


Zelenskinin ikili standartlarla bağlı bəyanatına Ankaradan cavab gəlib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ikili standartlarla bağlı bəyanatına MHP lideri və parlamentdəki hakim koalisiyada Ərdoğanın müttəfiqi Dövlət Baxçalıdan cavab verib. O, Zelenskini çıxışında çox diqqətli olmağa və Türkiyənin Rusiya ilə Ukraynanı münaqişənin həllində sülhə gətirməyə çalışan yeganə ölkə olduğunu unutmamağa çağırıb.

“Dünya ölkələrinin Rusiya-Ukrayna müharibəsinə münasibətini nəzərə alaraq, cənab Zelenski türk xalqına münasibətdə çox hörmətli çıxış tərzindən istifadə etməlidir. Türkiyə bu gün Rusiya-Ukrayna müharibəsini həll etməyə və sülhə gətirməyə çalışan yeganə ölkədir. Zelenski Yunanıstana yox, türk xalqına güvənsəydi, daha yaxşı olardı”, – deyə siyasətçi vurğulayıb.

Oxunub: 263
Oxşar xəbərlər
SON XƏBƏRLƏR