dini radikalizm və ekstremizmlə mübarizə

İrandan Azərbaycana daha bir DÜŞMƏN ADDIM - Dövlət qurumlarının saytına KİBER HÜCUM EDİLDİ - FOTO

İrandan Azərbaycana daha bir DÜŞMƏN ADDIM - Dövlət qurumlarının saytına KİBER HÜCUM EDİLDİ - FOTO

İrana məxsus kiber cinayətkar qrup Azərbaycanın İcbari Sığorta Bürosunun saytına hücum etdiyini iddia edib.

Djb.az-ın məlumatına görə, KONKRET.az “Azad İran”a istinadla xəbər verir ki, özünü “İranın Kiber Ordusu” adlandıran cinayətkar qrup saytı ələ keçirərək bəzi məlumatları əldə etdiyini bildirib.

Məlumatda verilmiş siyahıda Azərbaycan Respublikasının bəzi dövlət orqanlarına aid olduğu iddia edilən bir neçə avtomobilin dövlət qeydiyyat nişanları və xüsusiyyətləri qeyd edilib.

Bundan başqa, cinayətkar qrup iddia edir ki, Azərbaycandakı bütün avtomobillər, eləcə də onların sahibləri barədə məlumatları oğurlaya bilib.

Qeyd edək ki, İranda kiber qruplar, əsasən, “Sepah”ın kurasiyasındadır və bu hərbi qurum tez-tez Azərbaycana qarşı təxribatçı mövqe sərgiləyir.

Tehranın iki ölkə arasında münasibətlərin düzəlməsi və “qardaşlıq”dan dəm vurmasına rəğmən, son bir neçə ayda İran tərəfindən Azərbaycana qarşı düşmən mövqe, qarşılığında isə Ermənistana hər cür dəstəyin artırılması müşahidə edilir.

Azərbaycan hələ ki, bu iddialara rəsmi münasibət bildirməyib.

Oxunub: 303
Oxşar xəbərlər
SON XƏBƏRLƏR