dini radikalizm və ekstremizmlə mübarizə

Hücum edən erməni quldur dəstələri erməni əsilli Stepan Şaumyanın verdiyi əmrləri yerinə yetirirdilər

Hücum edən erməni quldur dəstələri erməni əsilli Stepan Şaumyanın verdiyi əmrləri yerinə yetirirdilər

Qədim diyar Azərbaycan gözəl təbiətə sahib olmaqla yanaşı, zəngin yeraltı sərvətlərə də malikdir. Gözəl təbiətindən və zəngin yeraltı sərvətlərindən istifadə etməklə olduğu regionda güclü dövlət olmasından qorxuya düşən mənfur qonşular, daima qətliamlar törətməklə torpaqlarımızı işğal edərək sərvətlərimizə sahiblənmək istəmişlər.

“31 mart azərbaycanlıların soyqırımı”, “Xocalı Soyqırımı” və müasir azadlığımızın rəmzi olan “20 yanvar” kimi hadisələr xalqımızın qan yaddaşına əbədi silinməz izlər qoymuşdur. Himayədarlarına arxalanaraq “Böyük Ermənistan” xülyası ilə yaşayan mənfur qonşular öz ərazilərini genişləndirmək üçün amansız qətliamlar törətməsi xalqımızın öz dədə - baba yurdundan didərgin düşməsinə səbəb olmuşdur.

1917-ci ildə baş verən Oktyabr inqilabından sonra hakimiyəti ələ keçirən bolşeviklər Qafqaza sahib olmağı qarşılarına məqsəd qoymuşdular. Ermənistanda təzyiqlə qarşılaşmayan Bolşeviklər gözlərini Azərbaycanın tarixi torpaqlarına dikdilər. Bolşeviklərin bu məqsədi, həmişə torpaqlarımızı işğal etmək niyyətində olan erməni daşnakları üçün böyük fürsətə çevrildi. 30 mart 1918-ci ildə bolşeviklər erməni quldur dəstələri ilə bərabər Bakını ələ keçirmək üçün hücum etdilər. Hücum edən erməni quldur dəstələri erməni əsilli Stepan Şaumyanın verdiyi əmrləri yerinə yetirirdilər. Xalqımıza qarşı tarix boyu kin, nifrət hissi duyan erməni quldur dəstələri dinc xalqa yaşlı, cavan və qadın demədən amansızcasına divan tutaraq işgəncələr verir, körpə uşaqları analarının gözü önündə süngüyə keçirərək öldürürdülər. Bakı qətliamı 1918 – ci il 30 martdan 2 aprelə qədər davam etdi. Bu qətliamda 12 min nəfərə yaxın insan amansızcasına öldürülmüşdür.

Bakını ələ keçirdikdən sonra Bolşeviklərlə əlbir olan erməni quldur dəstələri Quba, Lənkəran, Şamaxı, Zəngəzur, Xaçmaz, Naxçıvan və Qarabağda öz çirkin niyyətlərinə çatmaq üçün dinc xalqa divan tutaraq qətliam törətdilər. Quba rayonunda tikinti ilə əlaqədar aparılan qazıntı zamanı insan sümüklərindən ibarət kütləvi qəbirstanlıq aşkar olunmuşdur. Aparılan tədqiqatlar nəticəsində Quba qətliamı zamanı bu insanların uşaq, yaşlı demədən diri-diri amansızca yandırılaraq və müəyyən işgəncələr verilərək öldürüldüyü müəyyən olunmuşdur.

Osmanlı dövləti tərəfindən göndərilən Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu, qısa bir vaxtda Bakını bolşeviklərdən və erməni quldur dəstələrindən təmizlədi. Keçmişdə olduğu kimi bu gündə qəhrəman türk xalqı dövlətimizin ərazi bütövüyünə göz dikən, qətliamlar törətmək üçün hər an fürsət axtaran düşmənlərinə qarşı mübarizədə daima xalqımızın yanında olmuşdur. Azərbaycandakı Türk Şəhidliyi sevinci sevincimiz, kədəri kədərimiz olan uca türk milləti ilə sarsılmaz qardaşlığımızın bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyev “Bir millət, iki dövlət” deyərək türk xalqı ilə olan mənəvi bağlılığımızı yüksək qiymətləndirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 31 mart tarixi Umumimilli matəm kimi qeyd edilmişdir. Dahi siyasətçi olan Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ermənilərin xalqımıza qarşı törətdiyi 31 mart soyqırımı faciəsinin araşdırılması və dünyaya çatdırılması işi başlanılmışdır. 1998 – ci il martın 26 da Ulu Öndər Heydər Əliyevin imzaladığı fərmanla hər il martın 31-i “azərbaycanlıların soyqırımı günü” olaraq elan edilmişdir. Aylar, illər, əsrlər keçsə də, xalqımıza qarşı amansızcasına işlənən 1918-ci 31 mart, Xocalı soyqırımı və “20 yanvar” hadisələri qan yaddaşımızdan heç vaxt silinməyəcəkdir.


Vaqif Qurbanov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Oxunub: 369
Oxşar xəbərlər
SON XƏBƏRLƏR