dini radikalizm və ekstremizmlə mübarizə

Yaponiyadan Rusiyaya SƏRT SANKSİYA - QADAĞAN ETDİ

Yaponiyadan Rusiyaya SƏRT SANKSİYA - QADAĞAN ETDİ

Yaponiya Ukraynada başlatdığı müharibəyə görə, Rusiyaya lüks avtomobillərin ixracını qadağan edib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, Yaponiya hökuməti Rusiyaya qarşı iqtisadi sanksiyaları genişləndirib.

Yenilənmiş sanksiya qanunvericiliyi çərçivəsində lüks avtomobillər, zərgərlik məmulatları və sənət əsərləri kimi məhsulların Rusiyaya ixracı qadağan edilib.

Sanksiyalar aprelin 5-dən qüvvəyə minəcək.

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hagiuda Koiçi sanksiyaların tətbiqi üçün “G-7” ölkələri ilə danışıqları davam etdirəcəklərini bildirib.

Oxunub: 301
Oxşar xəbərlər
SON XƏBƏRLƏR