dini radikalizm və ekstremizmlə mübarizə

“Müharibə sahibsiz müsəlman ölkələrində getmir ki, onillərlə davam etsin və dünya laqeyd yanaşsın” - ÖZƏL

“Müharibə sahibsiz müsəlman ölkələrində getmir ki, onillərlə davam etsin və dünya laqeyd yanaşsın” - ÖZƏL

ABŞ prezidenti Baydenin müharibədən danışarkən Putin Ukraynada “heç vaxt və heç vaxt” qalib gəlməyəcək ifadəsini işlətməsi böyük marağa səbəb olub. Ağ Ev rəhbərinin takrar və əmin şəkildə “heç vaxt” deməsi bu müharibədə Rusiyanın məğlub olacağı fikirlərini düşünməyə əsas verib. Maraqlıdır Bayden nəyə görə bu ifadəni iki dəfə, özüdə belə əminliklə işlədib?. Bu, Rusiyanın məğlub olacağı anlamına gələ bilərmi?.

Djb.az xəbər verir ki, mövzunu KONKRET.az-a politoloq Əhəd Məmmədli şərh edib. O bildirib ki, Baydenin bu açıqlamasını Rusiyaya qarşı təzyiq və təsir rıçağı kimi dəyərləndirmək olar: “Amma Hesab edirəm ki, müharibə uzunmüddət davam etməyəcək. Qalibin kim olacağını demək çox çətindir. Amma bu kimi müharibələr uzunmüddətli olmur. Çünki döyüşlər Avropada aparılır. Bura Afrika, yaxud Asiya deyil. Yəni müharibə sahibsiz müsəlman ölkələrində getmir ki, onillərlə davam etsin və bombardmanlar nəticəsində sivil vətəndaşların həlak olmasına beynəlxalq aləm etinasız yanaşsın. Ona görə də, düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi uzunmüddətli olmayacaq və yaxın zamanda sülh müqaviləsi imzalanmasa da, atəşkəs razılığı əldə ediləcək”.

Politoloq əlavə edib ki, Bayden Rusiyanın məğlub olacağına əmin deyil: “Sadəcə olaraq bu bir əminlik görüntüsüdür və psixoloji təsir metodudur. Bayden bir növ bu açıqlaması ilə Ukraynaya “sən davam et” mesajını da verir. Çünki müharibənin davam etməsi və Rusiyanın zəifləməsi ABŞ-ın maraqlarına uyğundur. Yəni məqsəd Ukraynanın əli ilə Rusiyanı zəiflətməkdir. Təbii ki, ABŞ-ın bu marağına Rusiya və Ukraynanın nə qədər xidmət edəcəyi isə tərəflərin hakim elitasının qərarlarından asılıdır. Ukrayna və Rusiya hakimiyyətləri istəsələr müharibəni dayandıra bilərlər. Buna həm də siyasi iradə lazımdır. Amma hələlik biz bu iradəni görmürük. Çünki Rusiya Ukraynanın kapitulyasiyasını istəyir, sonuncu isə buna gedə bilməz”.

Oxunub: 661
Oxşar xəbərlər
SON XƏBƏRLƏR