dini radikalizm və ekstremizmlə mübarizə

Xaçatryanın Ermənistan prezidenti seçilməsi Azərbaycanla münasibətlərə necə təsir edəcək? - ÖZƏL

Xaçatryanın Ermənistan prezidenti seçilməsi Azərbaycanla münasibətlərə necə təsir edəcək? - ÖZƏL

“Ermənistanın yeni prezidenti çox uğursuz seçimlərdən biridir. Çünki Vahan Xaçatryan yüksək texnologiyalar naziri təyin olunarkən Ermənistan rəhbərliyi həm yüksək texnologiyalar sahəsində, həm də müdafiə sənayesində uğurlara imza atacağını söyləyirdi. Lakin Vahan Xaçatryan vəzifəyə təyin olunandan bu günə kimi Ermənistanda qeyd olunan sahələrdə heç bir addım atılmayıb”.

Djb.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Tural İsmayılov səsləndirib. O bildirib ki, bu, Ermənistanın maddi resurs və kadr çatışmazlığından irəli gəlir: “Eyni zamanda Vahan Xaçatryan uğursuz təyinatların davamı kimi bu prosesdə hansısa müsbət addımla yadda qalmayıb. Onun Ermənistanın baş naziri Nikol Paşinyana olan sədaqətinə və siyasi qərarlarını dəstəklədiyinə görə, Armen Sarkisyanın istefasından sonra prezidentliklə mükafatlandırılacağı barədə dəqiq fikirlər var idi. Düşünürəm ki, Xaçatryanın Ermənistan prezidenti seçilməsinin Azərbaycanla münasibətlərə heç bir təsiri olmayacaq. Bunun isə özlüyündə bir neçə səbəbi var. İlk növbədə qeyd edim ki, Ermənistan prezidentli respublika olmadığına görə orada prezidentin geniş səlahiyyətləri yoxdur. Xüsusilə də beynəlxalq məsələlərlə bağlı məqamı qeyd etmək yerinə düşər”.

Tural İsmayılov yazır: "İntellektual çöküş erməni ideoloji boşluğunun lokomotivi rolunda"

Tural İsmayılov əlavə edib ki, Vahan Xaçatryan Paşinyanın əmrlərini yerinə yetirən və onun oyuncağı rolunda çıxış edən bir şəxsdir: “Onun Paşinyanın siyasi iradəsindən kənar hansısa addım atmaq və ya açıqlama vermək imkanları mövcud deyil. Xaçatryan siyasi sistemdə heç bir təcrübəyə malik olmayan adamdır. Onun keçmişi bu sahədə indiyə kimi hansısa addım atmadığını deməyə əsas verir. Bütövlükdə düşünürəm ki, Azərbaycanla reallaşacaq sülh prosesi Ermənistanın baş nazirindən asılıdır. Xaçatryan isə formal olaraq hakim komandanın verdiyi tapşırıqları icra edəcək”.

Oxunub: 513
Oxşar xəbərlər
SON XƏBƏRLƏR