dini radikalizm və ekstremizmlə mübarizə

"Ermənilər Bakıya qayıdanda danışarıq, hələlik azərbaycanlılar öz otel nömrələrində qalmalıdır" - Qazaryan

"Ermənilər Bakıya qayıdanda danışarıq, hələlik azərbaycanlılar öz otel nömrələrində qalmalıdır" - Qazaryan

“Yüz minlərlə erməni Bakıdakı evlərinə qayıda biləndə danışarıq, hələlik azərbaycanlılar öz mehmanxana nömrələrində qalmalıdırlar”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bunu İrəvanda Azərbaycan nümayəndələrinin gəlişinə etiraz aksiyasını təşkil edən Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Qazaryan deyib. O bildirib ki, aksiya bitməyib, sabah da davam edəcək.

Qazaryan bildirib ki, növbəti aksiya fevralın 22-də Avronest parlament assambleyasının sabahkı iclası zamanı baş tutacaq.

“Yüz minlərlə erməni Bakıdakı evlərinə qayıda biləndə, o zaman biz onların İrəvandakı hadisələrdə iştirakının mümkünlüyünü müzakirə edəcəyik. Hələlik isə Azərbaycan nümayəndələri nəticə çıxarmalı və öz mehmanxana nömrələrində qalmalıdırlar”, – deyə Qazaryan çərənləyib.

Oxunub: 498
Oxşar xəbərlər
SON XƏBƏRLƏR