dini radikalizm və ekstremizmlə mübarizə

“Gərginlik artır və belə halda qabaqda yalnız müharibə ola bilər” - Politoloqdan AÇIQLAMA

“Gərginlik artır və belə halda qabaqda yalnız müharibə ola bilər” - Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə razılaşıb.

Bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, ABŞ Dövlət katibi Entoni Blinkenlə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında fevralın 24-nə planlaşdırılan təmasların davamı olaraq belə bir görüşün keçirilməsi nəzərdə tutulur. Bəs, bu görüşdən gözləntilər nələrdir?

Djb.az xəbər verir ki, politoloq İlqar Vəlizadə Demokrat.az-a açıqlamasında bildirib ki, görüşdən gözləntilər müxtəlifdir:

“Burada pessimist və optimist gözləntilər var. Optimist gözləntilər ondan ibarətdir ki, tərəflər artıq öz şərtlərini açıqladılar. Hesab edirəm ki, onlar hətta bir-birinin mövqeyini bilərəkdən müəyyən kompromisə hazır olduqlarını nümayiş etdirə bilərlər. Digər pessimist ssenari ondan ibarətdir ki, hər iki tərəf son nəticə etibarilə ultimatumu bir-birinin qarşısına qoyacaqlar. Amma düşünmürəm ki, bu daha real ssenaridir. Çünki görüşə ultimatumla gəlmirlər, görüşə kompromis nöqteyi-nəzərdən gəlirlər. Yəni, kompromisin əldə olunması ilə bağlı ümidlərlə gəlirlər. Ona görə də, düşünürəm ki, burada ümidverici məqamlar daha çoxdur”.

“Əlbəttə ki, gərginlik artır və bu gərginlik təəssüflər olsun ki, geri dönməz xarakter alır. Belə halda qabaqda yalnız müharibə ola bilər. Düzdür, hər iki tərəfin sözlərinə görə, bunu istəmirlər. Ona görə də, düşünürəm ki, maksimum edəcəklər ki, müəyyən ortaq məxrəcə gəlsinlər. Hal-hazırda ən aktual məsələ qoşunların çəkilməsi məsələsidir. Hərbi ekskalasiyanın dayandırılması ən əsas məsələlərdəndir. Digər məsələlər siyasi məsələlərlə bağlı birmənalı bir şey görünmür. Niyə? Çünki tələblər bir-birinə çox ziddir. Belə halda siyasi dialoq uzunmüddətli xarakter ala bilər. Amma yenə deyirəm hərbi məsələlərlə bağlı, ekskalasiyanın geri dönməsi ilə bağlı tələblərdə müəyyən ortaq məxrəcə gələ bilərlər, yəni şans var”, -deyə politoloq vurğulayıb.

Oxunub: 470
Oxşar xəbərlər
SON XƏBƏRLƏR