dini radikalizm və ekstremizmlə mübarizə

“Cənubi Qafqazda türk-erməni qarşıdurması başa çatır” - Türkiyə rəsmisi

“Cənubi Qafqazda türk-erməni qarşıdurması başa çatır” - Türkiyə rəsmisi

“Hazırda Cənubi Qafqazda çox fərqli bir proses gedir. Erməni diasporunun bütün enerjisini sərf etdiyi cəhdlər çökmək üzrədir”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

“Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq başa çatır. Qarabağın azad edilməsi ilə, müstəqilliyini qazanaraq Azərbaycana qovuşması ilə birlikdə tarixdə artıq orada yeni bir səhifə açıldı”, – deyə Kalın qeyd edib.

Kalın, həmçinin Türkiyə və Ermənistanın qarşılıqlı olaraq münasibətlərini normallaşdırmaq üçün addımlar atdığını da xatırladıb.

O bildirib ki, Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırması həm siyasi, həm də iqtisadi baxımdan bu ölkəyə böyük töhfə verəcək.

Oxunub: 990
Oxşar xəbərlər
SON XƏBƏRLƏR