dini radikalizm və ekstremizmlə mübarizə

Bu görüşün Rusiyasız baş tutması faktı... – Ekspert


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə, Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüş müsbət xəbərdir.

Djb.az xəbər verir ki, bu sözləri ReAL üzvü Natiq Cəfərli Azərbaycan və Ermənistan liderlərinin 15 dekabrda Brüsseldə görüşəcəyi barədə məlumata münasibət bildirərkən deyib.

O qeyd edib ki, görüşün Moskvadan kənarda olması faktı özü pozitivdir:

“Düşünmürəm ki, Brüsseldə Azərbaycan və Ermənistan arasında hansısa bir sənəd imzalanacaq, amma faktın özü çox önəmlidir. Moskva görməlidir ki, iki ölkə arasında münasibətlər başqa formatda da yaxşılaşa bilər.

Amma, təbii ki, hansısa sənəd üzərində Brüsseldə anlaşma olsa belə, bu sənəd Moskvada imzalanacaq – olsun, əsas məsələ regionda dayanıqlı sülhün bərqərar olmasıdır, bu yöndə istənilən addım alqışlanmalıdır”.

Ekspert bildirib ki, bu səfərdə ən böyük gözləntisi Azərbaycanın Avropa Birliyi ilə yeni əməkdaşlıq sənədlərinin imzalanmasıdır:

“Bu indiki şəraitdə çox vacib, pozitiv addım olardı. Əgər ölkəmiz investisiyalar cəlb etmək, Rusiyanın regionumuzda təkbaşına söz sahibi olmaq istəyini balanslaşdırmaq istəyirsə, mütləq AB ilə yeni sənədlər imzalanmalıdır”. Axar.az

Oxşar xəbərlər
SON XƏBƏRLƏR