dini radikalizm və ekstremizmlə mübarizə

“Bölgə Rusiyadan birdəfəlik ayrılır, Ermənistan hakimiyyəti türklərlə flört edir” – Simonyandan ŞOK AÇIQLAMA

“Bölgə Rusiyadan birdəfəlik ayrılır, Ermənistan hakimiyyəti türklərlə flört edir” – Simonyandan ŞOK AÇIQLAMA

“Artsax” məsələsi artıq yoxdur və gözlənilən qeyri-sabitlik hətta bölgənin xəritəsinin siluetini də dəyişə bilər”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri politoloq Alen Gevondyan səsləndirib:

“Bir neçə gün əvvəl bölgədə mühüm əhəmiyyət kəsb edən bir hadisə baş verdi. Mixail Saakaşvili həbs ediləcəyini bilə-bilə Gürcüstana qayıtdı və saxlanıldı. Politoloq Alen Simonyan Saakaşvilinin həbs olunacağını bilsə də, niyə Gürcüstana qayıtdığını belə izah edib: “Gürcüstanı daxili sabitlik baxımından çətin günlər gözləyir. Təkcə Gürcüstanı deyil. Qeyri-sabitlik hətta bölgənin xəritəsinin siluetini də dəyişə bilər. Dərin mənada bütün bunlar bölgənin Rusiyadan birdəfəlik ayrılması ilə əlaqədardır” – Simonyan vurğulayıb.

Alen Gevondyan sözlərinə görə, bu gün “Artsax” məsələsi artıq yoxdur və Ermənistanın yüksək səviyyəli hakimiyyəti türklərlə flört edir.

“Bunlar 2008 -ci il prosesinin yenidən başlanmasını zəruri edir. Biz ciddi siyasi və qeyri-müəyyən iqtisadi təlatümlər mərhələsinə qədəm qoyuruq” – deyə Alen Simonyan fikirlərini tamamlayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR