dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan və Gürcüstan işgüzar əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycan və Gürcüstan işgüzar əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin Ticarət və Sənaye Palatasının prezidenti Giorgi Pertaya ilə görüşüb.

Djb.az report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan səfirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsində işgüzar dairələrin roluna toxunulub, bu sahədə mütəmadi olaraq qarşılıqlı səfərlərin həyata keçirilməsi, o cümlədən biznes forumların və konfransların təşkilinin əhəmiyyəti vurğulanıb.

Gürcüstanın Ticarət və Sənaye Palatası ilə Azərbaycanın aidiyyəti qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də, həmin qurumlar arasında təcrübə mübadiləsinin aparılması və müvafiq sənədlərin imzalanması imkanları müzakirə olunub.

Tərəflər həmçinin, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin davam etdirilməsinin önəmli olduğunu bildiriblər. Eyni zamanda, hər iki ölkənin özəl sektor təmsilçiləri arasında artan maraq və potensialı nəzərə alaraq, yaxın gələcəkdə Bakıda işğüzar dairələrin iştirakı ilə Azərbaycan-Gürcüstan Biznes Forumunun keçirilməsinin faydalı ola biləcəyi vurğulanıb.

Oxunub: 352
Oxşar xəbərlər
SON XƏBƏRLƏR