dini radikalizm və ekstremizmlə mübarizə

“ABŞ Əfqanıstandakı diplomatik missiyasını bağlayacaq”

“ABŞ Əfqanıstandakı diplomatik missiyasını bağlayacaq”

“ABŞ çox güman ki, Əfqanıstandakı diplomatik missiyasını bağlayacaq”.

Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken deyib.

Blinken bildirib ki, ölkə hərbçilərinin Əfqanıstanı tərk etməsindən sonra ABŞ bu ölkədəki səfirliyini də saxlamayacaq.

“ABŞ Əfqanıstanı tərk etməyə can atan və bunu sentyabrın 1-nə kimi edə bilməyən vətəndaşlara gələcəkdə də köməklik göstərmək niyyətindədir. Əfqanıstandan çıxmaq istəyən şəxslərin ölkəni tərk etməsini yüngülləşdirə bilən vasitələrimiz, mexanizmlərimiz var”, - deyə Blinken vurğulayıb.

Bununla yanaşı, ABŞ Dövlət katibi “Taliban”ın öz vədlərinə əməl edəcəyinə və Əfqanıstan sərhədlərini avqustun 31-dən sonra açıq saxlayacağına ümid etdiyini də söyləyib.

Blinkenin sözlərinə görə, hazırda ABŞ “Taliban” nümayəndələrinin sözlərinə inanmır və onları hərəkətlərinə görə qiymətləndirir.

Oxunub: 338
Oxşar xəbərlər
SON XƏBƏRLƏR