dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğan xəbərdarlıq etdi: İran lazımi tədbirlər görməzsə... - Video

Ərdoğan xəbərdarlıq etdi: İran lazımi tədbirlər görməzsə... - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniya Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.

Djb.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Liderlər ikitərəfli əlaqələrlə yanaşı, Əfqanıstandakı situasiya, miqrasiya məsələsi və regional problemləri müzakirə ediblər.

Ərdoğan Türkiyənin Əfqanıstandakı prioritetinin vətəndaşların təxliyəsi olduğunu bildirib, uyğun şərtlər altında Kabil aeroportunun qorunmasının davam etdiriləcəyini qeyd edib:

“Əfqanıstan və İranda lazımi tədbirlər görülməzsə, yeni miqrasiya dalğası qaçılmaz olacaq. Başda Avropa ölkələri olmaqla, hər kəs bu məsəldə həmrəylik nümayiş etdirməlidir”.

Oxunub: 409
Oxşar xəbərlər
SON XƏBƏRLƏR