dini radikalizm və ekstremizmlə mübarizə

Palata: Koronavirusun yayılmasının qarşının alınması üçün ayrılmış vəsaitdən tam istifadə edilməyib

Palata: Koronavirusun yayılmasının qarşının alınması üçün ayrılmış vəsaitdən tam istifadə edilməyib

Hesablama Palatası “COVİD-19” infeksiyasının yayılmasının qarşının alınması məqsədilə səhiyyə sahəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi istiqamətində ayrılmış vəsaitin tam istifadə edilmədiyi, həmçinin həmin vəsaitlərin istifadəsi zamanı təsdiq edilmiş qaydalara riayət edilməməsinin nəticəliliyə təsir göstərdiyi qənaətindədir.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Rəydə qeyd olunub ki, aparılmış analitik prosedurlarla əldə edilmiş nəticələrə əsaslanmaqla yeni növ koronavirus (“COVID-19”) infeksiyası ilə mübarizə məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 2020-ci ildə ayrılmış 596,5 mln. manat məbləğində vəsaitin 556,8 mln. manatı və ya 93,3%-i icra edilib, 39,7 mln. manatı və ya 6,7%-i İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bank hesabında qalıb. İcra edilmiş vəsaitin əsas hissəsi, başqa sözlə 291,6 mln. manatı və ya 52,4%-i dərman, sarğı ləvazimatlarının və materiallarının, vaksinlərin, tibbi maşın və avadanlıqların və digər tibbi vasitələrin alınmasına, 169,5 mln. manatı və ya 30,4%-i koronovirusla mübarizə tədbirlərinə cəlb edilmiş dövlət və özəl tibb müəssisələrinin işcilərinin əmək haqlarına əlavənin, həmcinin könüllü işə cəlb olunmuş şəxslərə xidmət haqlarının ödənilməsinə, 62,5 mln.manatı və ya 11,2%-i qeyri-dövlət tibb müəssisələri tərəfindən göstərilən xidmətlərin haqqının ödənilməsinə, 10,9 mln. manatı və ya 2,0%-i karantin müəssisələrində otel xidmətlərinin göstərilməsinə, 8,4 mln. manatı və ya 1,5%-i ərzaq məhsullarının alınması və digər istehlakyönlü xidmətlərin haqqının ödənilməsinə yönəldilib.

Oxunub: 599
Oxşar xəbərlər
SON XƏBƏRLƏR