dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ Azərbaycana bu məqsəd və şərtlərlə hərbi yardım göstərir – Sarkisyan

ABŞ Azərbaycana bu məqsəd və şərtlərlə hərbi yardım göstərir – Sarkisyan

Beynəlxalq ekspert Suren Sarkisyan ABŞ-ın 2001-ci ildən bəri Azərbaycana hansı məqsəd və şərtlər daxilində hərbi yardım göstərdiyindən bəhs edib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, Sarkisyan Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycana hərbi yardımın aşağıdakı məqsədlər və şərtlər daxilində edildiyini deyib:

1. ABŞ-ın beynəlxalq terrorizmlə mübarizə səylərini dəstəkləmək.

2. ABŞ Silahlı Qüvvələrinin və koalisiya tərəfdaşlarının beynəlxalq terrorizmlə mübarizə səylərini dəstəkləmək.

3. Azərbaycanın İranla dəniz sərhədlərinin təhlükəsizliyi üçün.

Şərtlər

1.Yardım Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının davam etdirilməsi səylərinə müdaxilə etməməli və mane olmamalıdır. Həmçinin Ermənistana qarşı hücum məqsədləri üçün istifadə edilə bilməz.

Ata Buşun prezidentliyi dövründə qəbul edilən 907 saylı qətnamə, on il sonra oğul Buşun rəhbərliyi ilə terrorizmlə mübarizə aparmaq üçün davam etdirildi. “Nəzərə alınmalıdır ki, beynəlxalq vəziyyət indi dəyişib və bu əməkdaşlığa son qoymaq üçün əlverişli şərait yaranıb” – deyə Sarkisyan əlavə edib.

Oxunub: 423
Oxşar xəbərlər
SON XƏBƏRLƏR