dini radikalizm və ekstremizmlə mübarizə

Ərdoğandan kritik zəng: 30 milyard dollarlıq hədəf...

Ərdoğandan kritik zəng: 30 milyard dollarlıq hədəf...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İtaliya Baş naziri Mario Draqi arasında telefon danışığı baş tutub.

Djb.az axar.az-a istinadən xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan Draqini baş nazir seçilməsi münasibətilə təbrik edib.

İki ölkə arasındakı strateji tərəfdaşlığın gücləndirilməsinin ortaq coğrafiyada sabitlik və rifaha qatqı verəcəyini bildirən Ərdoğan Türkiyə-İtaliya Üçüncü Hökumətlərarası Zirvəsini ən yaxın zamanda reallaşdırmaq istədiklərini söyləyib.

Türkiyə lideri ikitərəfli ticarət həcmini 30 milyard dollara çatdırmaq hədəfinə sadiq olduğunu və xüsusilə müdafiə sənayesində qazandıqları uğurları davam etdirmək istəyini ifadə edib.

Ərdoğan eyni zamanda bildirib ki, Avropa Birliyinə tam üzvlük Türkiyənin strateji hədəfidir:

“İnanıram ki, İtaliya Türkiyəyə güclü dəstəyini davam etdirəcək. Bundan başqa, Türkiyə həm Şərqi Aralıqda, həm də Egeydə sabitlik və əməkdaşlığın tərəfdarıdır”.

Oxunub: 404
Oxşar xəbərlər
SON XƏBƏRLƏR