dini radikalizm və ekstremizmlə mübarizə

Şuşaya gedən qatar yolu hardan keçəcək? - ŞƏRH

Şuşaya gedən qatar yolu hardan keçəcək? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı Şuşa şəhərinə çəkiləcək dəmir yolu ilə bağlı göstəriş verib, hazırlıq işlərinin getdiyini söyləyib.

Bu xoş xəbəri eşidən kimi hər bir azərbaycanlı göz önünə qədim mədəniyyət mərkəzimiz hesab edilən Şuşaya çəkiləcək dəmir yolunun şəhərə tunellə çatacağını, yoxsa Daşaltıdan hündür körpülər vasitəsi ilə keçəcəyini göz önünə gətirir.

Mövzunu nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev ilə davam etdirdik.

KONKRET.az xəbər verir ki, O, Bizim.Media-ya açıqlamasında Şuşaya çəkiləcək dəmir yolunun strateji əhəmiyyətinin olduğunu bildirdi.

Ekspertin fikrincə, dəmir yolunun tikintisi zamanı relyefinə uyğun olaraq körpü də, tunel də salına bilər:

”Sadəcə biz bilmirik, bu dəmiryolu Şuşaya kimi qalxacaq, yoxsa Daşaltında dayanacaq. Çox güman ki, Daşaltına kimi salınacaq, çünki Şuşa daha dik və dağlıq ərazidə yerləşir. Bütün hallarda mütəxəssislər əraziyə uyğun ən optimal variantı seçəcəklər. Bir də tunel və ya körpünün salınması əraziyə görə təyin oluna bilər. Elə dağ var ki, suxurdur, eləsi var ki, gildir. Tunelin və ya körpünün salınmasında bir çox faktlar nəzərə alınmalıdır. Bu günə kimi Şuşaya dəmiryolu olmayıb”.

”İndi dəmir yolunun Şuşanın yaxınlığına gəlməyi özü müsbət haldır. Dəmir yolunun Qarabağda daha tez tikilməsi hədəf qoyulub. Deyildiyi kimi, xarici mütəxəssislər də bu layihəyə dəvət olunacaq. Layihənin mürəkkəbliyini nəzərə alaraq türk və italiyan mütəxəssislərin bu növ layihələrə cəlb olunması da gözləniləndir. Yeni xətt həm yük daşınmanı ucuzlaşdıracaq, həm də sərnişin daşımanın konfortunu yüksəldəcək”.

Oxunub: 465
Oxşar xəbərlər
SON XƏBƏRLƏR