dini radikalizm və ekstremizmlə mübarizə

Marqarita Simonyan: "Paşinyana lənət olsun, Ermənistanı Əliyevə təslim etdi"

Marqarita Simonyan: "Paşinyana lənət olsun, Ermənistanı Əliyevə təslim etdi"

“Rossiya” telekanalının baş redaktoru Marqarita Simonyanın əri rejissor Tiqran Keosayan Ermənistanın baş naziri Nikol Paşinyan haqqında kəskin danışıb. O, Ermənistan hökümətinin başçısını “qorxaq” adlandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “NEWS.ru” portalı məlumat verib. Məlumatda deyilir ki, Keosayan son günlərdə baş verənlərə münasibət bildirməyin onun üçün çox çətin olduğunu deyib. “Əvvəldən “xain Paşinyan” ın düşük hərəkətləri birliyimizi parçaladı. Ona çox irad tutuldu. Amma nə olsun. O zaman həqiqətən sizin üçün anlaşılmaz idimi?! Cəhənnəmdə yan, məxluq!”, – deyə rejissor Telegram kanalında yazıb.

“NEWS.ru”nun yazdığına görə rejissorun həyat yoldaşı “Rossiya” telekanalının baş redaktoru Marqgarita Simonyan da İrəvanın çox böyük güzəştlərə getdiyini və Dağlıq Qarabağdakı münaqişəyə son qoymaq üçün imzalanan bəyanatın utancverici olduğunu sərt şəkildə bildirib. “Paşinyana lənət olsun, Ermənistanı Əliyevə təslim etdi”, – deyə fikrini tamamlayıb.

Oxunub: 420
Oxşar xəbərlər
SON XƏBƏRLƏR