dini radikalizm və ekstremizmlə mübarizə

Pakistan səfiri Azərbaycanı Şuşa şəhərinin azad olunması münasibətilə təbrik etdi


Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Şuşa şəhərinin erməni işğalından azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi.
"Ölkə.Az" trend-ə istinadən xəbər verir ki, bu barədə Səfir öz "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Mən Azərbaycan xalqını öz əzəli tarixi şəhəri Şuşanın azad olunması münasibətilə təbrik edirəm".

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Şuşa şəhərinin azad olunduğunu elan edib:

"Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm".

Oxunub: 393
Oxşar xəbərlər
SON XƏBƏRLƏR