dini radikalizm və ekstremizmlə mübarizə

İran Ermənistandan insan tələfatına son qoymasını TƏLƏB ETDİ

İran Ermənistandan insan tələfatına son qoymasını TƏLƏB ETDİ

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ermənilərin Bərdə şəhərini raket atəşinə tutmasına və nəticədə mülki insanların həlak olmasına münasibətini açıqlayıb.

KONKRET.az xəbər verir ki, səfirliyin açıqlamasında Azərbaycanın mülki obyektlərinin vurulması və insan tələfatı sərt şəkildə pislənilir və buna son qoyulması tələb edilir.

İran səfirliyi hesab edir ki, mülki şəxslərə qarşı həyata keçirilən hərbi əməliyyat beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həm də hərbi cinayətdir.

Səfirlik həlak olanların yaxınlarının dərdinə şərik çıxdığını və onlara dərin hüznlə başsağlığı verdiyini qeyd edib.

Oxunub: 349
Oxşar xəbərlər
SON XƏBƏRLƏR