dini radikalizm və ekstremizmlə mübarizə

Deputat Aqil Məmmədov ön cəbhədə əsgərlərimizlə görüşüb

Deputat Aqil Məmmədov ön cəbhədə əsgərlərimizlə görüşüb

Kəlbəcər rayonundan Milli Məclisin deputatı Aqil Məmmədov hazırda qızğın döyüşlərin getdiyi bölgələrdə olaraq qəhrəman əsgərlərimizlə görüşüb.

Cəbhənin müxtəlif istiqamətlərində düşməni işğal edilmiş torpaqlarımızdan geri ataraq ərazilərimizi azad edən əsgərlərimizlə görüşlərdə millət vəkili A.Məmmədov Azərbaycan ordusunun bu gün tarixi bir missiya ilə yola çıxdığını bildirib. O qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan bu azadlıq savaşı ordumuzun mütləq qələbəsi, düşmənin iflası ilə nəticələnəcək: “Cəmi bir həftədə Azərbaycan ordusunun cəbhədə qazandığı qələbələr bunu deməyə əsas verir. İnanırıq ki, bu qələbə marşı bizi bütün işğal edilmiş əraqzilərimizə, o cümlədən, Kəlbəcərə qovuşduracaq”.

Görüşlərdə millət vəkili tərəfindən əsgərlərimizə sovqatlar təqdim olunub.

Millət vəkili A.Məmmədov son günlərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda etmiş şəhidlərimizin vida mərasimlərinə də qatılıb. Bu mərasimlərdə çıxış edərək bildirib ki, dövlət-xalq-ordu birliyi bizi qələbəyə çatdıracaq: “O zaman bütün şəhidlərimizin ruhları rahatlıq tapacaq”.

Oxunub: 401
Oxşar xəbərlər
SON XƏBƏRLƏR