dini radikalizm və ekstremizmlə mübarizə

DTX: Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətin ona heç bir aidiyyəti yoxdur

DTX: Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətin ona heç bir aidiyyəti yoxdur

Bəzi internet resurslarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer alıb.

APA xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, aparılmış ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı və belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyənləşib.

"Bildiririk ki, hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir", - deyə məlumatda bildirilib.

Oxunub: 383
Oxşar xəbərlər
SON XƏBƏRLƏR