dini radikalizm və ekstremizmlə mübarizə

Kreml Lukaşenkonun Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı ittihamına münasibət bildirib

Kreml Lukaşenkonun Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı ittihamına münasibət bildirib

“Rusiya Belarusdakı seçkilərə müdaxilə etməyə hazırlaşmır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkədə seçkiqabağı proseslərə Rusiyadan gələn təsirləri yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə müzakirə etməyə hazırlaşması ilə bağlı bəyanatını şərh edən Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Burada birmənalı olaraq cavab vermək olar ki, Rusiya heç vaxt kiminsə seçki prosesinə, xüsusi ilə də müttəfiqimiz olan Belarusda seçki prosesinə müdaxilə etməyib, müdaxilə etmir və müdaxilə etməyə hazırlaşmır”, - deyə D. Peskov vurğulayıb.

Onun sözlərinə görə, Minsk Moskvanın seçkilərə müdaxiləsi ilə bağlı heç bir sübut təqdim etməyib.

Kremlin sözçüsü Qələbə Paradı üçün Moskvaya gələn A. Lukaşenkonun V. Putinlə kuluarlarda qısa görüş keçirdiklərini də söyləyib.

Qeyd edək ki, bu il avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək. Hazırkı prezident A. Lukaşenko altıncı dəfə öz namizədliyini irəli sürüb.

Oxunub: 557
Oxşar xəbərlər
SON XƏBƏRLƏR