dini radikalizm və ekstremizmlə mübarizə

Deputat: “Bəzi cinayət əməllərin dekriminallaşdırılması onları törədənlərin cəzasız qalacağı anlamına gəlmir”

Deputat: “Bəzi cinayət əməllərin dekriminallaşdırılması onları törədənlərin cəzasız qalacağı anlamına gəlmir”

“Cinayət Məcəlləsinə 200-dək dəyişiklik təklif olunur”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bildirib.

O deyib ki, yeni layihədə cinayətin dekriminallaşdırılması nəzərdə tutulur, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır.

K. Cəfərov nəzərə çatdırıb ki, alternativ cərimə növü müəyyən edilir. O diqqətə çatdırıb ki, ümumiyyətlə bəzi cinayət əməllərin dekriminallaşdırılması onları törədənlərin cəzasız, məsuliyyətdən kənarda qalacağı anlamına gəlmir.

Oxunub: 427
Oxşar xəbərlər
SON XƏBƏRLƏR