dini radikalizm və ekstremizmlə mübarizə

İbrahim Qalın: “Rusiyadan razılıqla geri dönəcəyimizə ümid edirəm”

İbrahim Qalın: “Rusiyadan razılıqla geri dönəcəyimizə ümid edirəm”

“Suriyada atəşkəsin təmin olunması ilə bağlı qətiyyətli mübarizəmiz davam edəcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, Rəcəb Tayyib Ərdoğanın nazirlərlə birgə keçirdiyi toplantıdan sonra prezidentin mətbuat katibi İbrahim Qalın bu fikirləri bildirib.

İbrahim Qalın deyib ki, Türkiyə prezidentinin rəhbərliyi ilə Moskvaya gedəcək heyətin Rusiyadan razılıq əldə edərək geri dönəcəyinə ümidlidir.

Əsəd rejiminin aprel ayında Suriyada keçiriləcək Parlament seçkilərinə fikir bildirən İbrahim Qalın deyib ki, bu seçki prosesinin qanuni keçiriləcəyini gözləmir: “Budəfəki seçkinin əvvəlki qanunsuz seçkidən heç bir fərqi olmayacağını bir daha ifadə edirəm”.

“Türkiyə Avropa ilə sərhəddəki keçid məntəqələrini miqrantlar üçün nə zamana qədər açıq tutacaq” sualına Qalın cavab verib ki, bu Avropanın davranışından asılıdır: “Avropalıların insan haqları haqda fikirləri ilə əməlləri düz gəlmir. Bu onların miqrantlara qeyri-insani münasibətlərindən açıq-aşkar görünür. Prezidentimizin açıq qapı siyasəti ilə yüz minlərlə insana qapılarımızı açdıq, amma ölkəmizin də qaçqınlarla bağlı tutumunun bir həddi var. Avropa miqrantlara sərhədlərini nə qədər qapalı tutacaqsa, onlara insancasına davranmayacaqsa, bu problem həllini tapmayacaq. Türkiyəyə verilən vədlər yerinə yetirilməlidir”.

Oxunub: 432
Oxşar xəbərlər
SON XƏBƏRLƏR