dini radikalizm və ekstremizmlə mübarizə

50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizəd Novruz Aslanova Seçicilər mahnı həsr etdi.


- Novruz müəllim  özünüz barədə məlumat verin

- Mən 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşam.
1994-cü ildə Sumqayıt şəhər 28 saylı
orta məktəbi, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsini bitirmişəm. Ali təhsili başa vurduqdan sonra 1999-2000 illərdə Azərbaycan Milli ordusunda N saylı hərbi hissədə xidmətdə olmuşam.

Əmək fəaliyyətim həm neft sektorunu, həmdə qeyri-neft sektorunu əhatə edir.
İlk əmək fəaliyyətimə müsabiqə yolu ilə yüksək nəticə göstərərək 2001-ci ildə Böyük Britaniyanın “Bi Pi Eksploreyşn Kaspian Si” şirkətində başlamışam və 2011-ci ilə qədər bu şirkətdə Təchizat Zəncirinin İdarə edilməsi departamentində müxtəlif vəzifələrdə işləmişəm. Əmək fəaliyyətimlə yanaşı 2002-2005-ci illərdə Böyük Britaniyanın ”The Chartered
İnstitute of Purchasing and Supply” institutunda təhsil aldım.
Təbii ki, adı çəkilən nəhəng şirkətdə böyük iş təcrübəsinə malik olduğum üçün gənc istedadlı kadr kimi tez-tez yerli və xarici şirkətlərdən iş təklifi alırdım.
2011 ci ildə müqavilə əsasında Qətər dövlətində iş təklifini qəbul etdim və 2011-2012-ci illərdə “Ras-Gas” şirkətində müqavilələr üzrə müşavir vəzifəsində çalışdım.Azərbaycana döndükdən sonra 2012-2013-cü illərdə
“Kaspian Payp Koatings” şirkətində müqavilələr üzrə menecer, 2013-2017-ci illərdə Fransanın “Total Abşeron Bi.Vi.” şirkətində müqavilələr üzrə mühəndis vəzifəsində çalışmışam.2018-ci ildən Azərbaycan Sənaye Korporasiyası “Azəralüminium” MMC-də Satınalmalar Departamentinin Direktoru vəzifəsində fəaliyyətə başladım.2019-cu
ildən isə hal-hazıradək Azərbaycan Sənaye Korporasiyası “Azəralüminium MMC-də Direktor müavini vəzifəsində çalışıram.

Novruz bəy hansı dillərdə danışa bilirsiz?

Öz ana dilimizdən başqa İngilis, Fransız,
Türk və Rus dillərində sərbəst danışıram və bir neçə yeni xarici dili öyrənmək ərəfəsindəyəm.

Novruz bəy hər hansı idman növü ilə məşğulsuz?

Uşaq yaşlarımdan institut dövrünədək yüngül atletika, şaxmat və basketbolla sıx məşğul olmuşam.SSSR-i dövründə hal-hazırki MDB ölkələrinin demək olar ki, hamısında yarışlara qatılmışam.Sonradan Karate Do və Judo idman növləri ilə məşğul oldum. Nə az, nə çox 35 il idman təcrübəm var. İdmana, yuxuya və təbii qidalanmaya xüsusi önəm verirəm.Bu çox vacibdir. Çalışıram ki, həmişə formada qalım.

Hobbiniz varmı?

Maraq dairəm müxtəlifdir.Uşaqlıq dövrümdən Azərbaycana aid məlumatları araşdırıb toplayıram. Qədim nəşrlər, kitablar, ölkəmizə aid müxtəlif yazılar. Həmdə uzun müddətdir ki,marka toplayıram.Xarici ölkələrdə Azərbaycana aid buraxılan çoxlu sayda marka kolleksiyam var. Ölkəmizdə demək olar ki, bu istiqamətdə yeganə Filatelistəm.

Novruz bəy Deputatlığa namizədliyiniz irəli sürməkdə əsas hədəfiniz nədir?

Əsas hədəf uğurla və düzgün siyasətlə inkişaf etməkdə olan ölkəmizə,vətəndaşlarımıza xidmət etmək, ölkəmizi Beynəlxalq arenada təmsil etməkdir.

Yeni parlament ölkəmizə nə verəcək?

Bilirsiz son dövrlərdə ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar, kadr və struktur dəyişiklikləri baş verir.
Ölkə başçımızın yürütdüyü düşünülmüş siyasətin nəticəsində Azərbaycanın Beynəlxalq arenada günü- gündən nüfuzu artır. Daima inkişafda və beynəlxalq tələblərlə ayaqlaşma prinsipini nəzərə alsaq yeni kadrlara və islahatlara ehtiyyac yaranır. Müasir tələblərə əsasən Yeni Parlament əsasən gənc, enerjili, yüksək intelektli, peşəkar,xaricdə təhsil almış, bir neçə xarici dil bilən və digər xüsusi keyfiyyətlərə məxsus üzvlərdən təşkil olacaq. Bu da Azərbaycan gəncliyinə verilən diqqətin, dəstəyin,bariz nümunəsidir.
İstər cənab Prezident İlham Əliyev, istər vitse-prezident Mehriban xanım Əliyeva həmişə Azərbaycan gəncliyinə böyük dəstək olublar.Biz gənclər də onlara baxıb nümunə götürmüşük. Onların etimadını doğrultmağa çalışmışıq.Onların dəstəyindən biz gənclər daima stimul almışıq. Ümüdvaram ki, yenilənmiş Parlament Azərbaycanın ictimayi,siyasi və iqtisadi həyatında mühüm dəyişiklərə səbəb olacaq.

Namizədliyinizi irəli sürməmişdən əvvəl kimnən məsləhət almısız?

Təbii ki, xeyir- duasız, məsləhətsiz iş olmaz. Təmsil etdiyim dairədən ağsaqqaların, böyüklərimizin, sakinlərin xeyir duası və təkidi ilə namizədliyimi irəli sürmüşəm. İmza toplama kompaniyamda minlərlə insan iştirak edirdi.
Abşeron-Qobustana birbaşa bağlılığım, həm intlekt səviyyəm,iş təcrübəm,dil biliyi imkanlarım, dünya görüşüm, beynəlxalq təcrübəyə malik olmağım bu addımı atmağa əsas verdi.

Novruz bəy namizədlik verdiyiniz dairədən özünüzə kimi rəqib görürsüz?

Rəqiblər çoxdur.Aidiyyatı dairə üzrə özümə ciddi rəqib görmürəm. Hər an debata hazıram.Rəqiblərim haqqında əlimdə kifayyət qədər məlumat var. (gülümsəyir)Onların hər birinə ayrı-ayrılıqda hörmətim var və onlara uğurlar arzu edirəm. Bildiyiniz kimi seçkilər şəfaf mübarizədir.Xalqın sevgisini, etibarını qazanan, layiqli olan namizəd qalib gəlir.


Rəqiblərə nə tövsiyyə edərdiz?

Sadəcə bildirmək istəyirəm ki, namizədlər gələcəkdə namizədliklərini yaxşı olardı ki, yaşadıqları, bağlı olduqları ərazidən irəli sürsünlər.
Bunu Cənab prezident İlham Əliyev də bir neçə çıxışında tövsiyyə şəklində bildirib.
Tövsiyyələrə əməl etsinlər(gülümsəyir)


Sosial şəbəkələrdə monitorinq nəticəsində təbliğat-təşviqat görüşlərinizdə böyük kütlənin iştirakını müşahidə etmişik.Bu sevgini qısa müddət ərzində necə qazanmısız?

İstər təbliğat-təşviqat üçün xüsusi ayrılmış yerlərdə, istərsə də insanların yaşadığı ərazilərdə həm fərdi,həm də toplu şəkildə insanlarla davamlı görüşlər keçirirəm. Cavan və yaşlı nəslin nümayəndələri tədbirlərimizə qatılırlar. Sevindirici haldır ki, həm kişilər həm, qadınlar arasında aktivlik var. Məni daima böyük sevgi ilə izdihamla qarşılayırlar.Əsas səbəb isə istər seçki ərəfəsində, istər seçkidən öncə onlarla daima ünsiyyətdə olmağım və onların problemlərinə biganə qalmamağımdır.

Bu yaxınlarda internetdə sizə həsr olunmuş, seçkilərlə bağlı mahnı ilə rastlaşdıq.Bu haqqda nə deyərdiz?

Bəli belə mahnı mövcuddur.İlk dəfə eşitdikdə təəcübləndim.Sonradan Qobustan seçicilərim bunu dəstək məqsədi ilə ərsəyə gətirdiyini müəyyən etdim.Bir daha onlara təşəkkür edirəm.

Seçicilərə nə demək istərdiz?


Hamını 9 Fevral 2020 ci ildə seçkilərdə bir nəfər kimi seçkilərdə iştiraka səsləyirəm.Hər bir Azərbaycan vətəndaşı öz Seçki hüququndan birmənalı olaraq istifadə etməli və layiqli namizədə səs verməlidir.



Novruz bəy sizə tutduğunuz mövqedə uğurlar arzu edirəm və bu gərgin ərəfədə bizə vaxt ayırdığınız üçün təşəkkür edirəm.

Minnətdaram.Sağ olun.Növbəti görüşlərədək.

Yegane Telmanqızı









Oxunub: 1 248
Oxşar xəbərlər
SON XƏBƏRLƏR