dini radikalizm və ekstremizmlə mübarizə

Dilarə Cəbrayılova: Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir



“Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir”. Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün ölkələrlə normal, bərabərhüquqlu münasibətlərin qurulmasına maraqlıdır. Onun sözlərinə görə, bu gün ölkəmiz beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur.

Millət vəkili söyləyib ki, Azərbaycanla Ukrayna arasında münasibətlər strateji tərəfdaşlıq xarakter daşıyır. Onun sözlərinə görə, hər iki dövlət beynəlxalq təşkilatlarda da bir birilərini fəal surətdə dəstəkləyirlər, eləcə də beynəlxalq platformalarda birgə iştirak edirlər.

“Bu gün Ukrayna-Azərbaycan münasibətləri yüksək səviyyədədir, rəsmi Kiyev bu münasibətlərin qorunub saxlanmasında, inkişaf etdirilməsində maraqlıdır. Eyni zamanda, xalqlarımız arasında münasibətlərin dərin tarixi kökləri var. Hazırda da iqtisadi, siyasi və mədəni əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Səfər zamanı aparılan müzakirələr, verilən bəyanatlar və imzalanan sənədlər iki ölkə arasında əlaqələrin daha da güclənəcəyini təsdiqləyir”-deyə, deputat qeyd edib.

Oxunub: 514
Oxşar xəbərlər
SON XƏBƏRLƏR