dini radikalizm və ekstremizmlə mübarizə

Rövzət Qasımov: “DSK-lar əvvəlki illərdəki peşəkarlığını davam etdirməlidir”

Rövzət Qasımov: “DSK-lar əvvəlki illərdəki peşəkarlığını davam etdirməlidir”

Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün müxtəlif istiqamətli layihələri davam etdirir.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə bağlı qanuna müvafiq addımlar atır.

MSK sədrinin müavini qeyd edib ki, 15156 bələdiyyə üzvlüyü yeri uğrunda 10 minlərlə passiv seçki hüququna malik vətəndaş iddiaçı qismində qatılır: “Böyük namizəd ordusunun qarşısında dayanmaq üçün dairə seçki komissiyaları tam hazırlıqlı olmalıdır və əvvəlki illərdəki peşəkarlığını davam etdirməlidir”.

Qeyd edək ki, bələdiyyə seçkiləri ilə bağlı MSK-nın maarifləndirmə proqramı çərçivəsində oktyabrın 24-dən növbəti layihəyə start verilib. Tədbir bələdiyyə üzvlüyünə namizədlərin qeydiyyatı prosedurlarına həsr olunub. Seminarda MSK üzvləri və Katibliyin əməkdaşları tərəfindən bələdiyyə seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunvericiliyin tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurlarına dair müxtəlif mövzularda çıxışlar dinlənilib, əyani vəsaitlərdən istifadə edilməklə keçirilən təqdimatlarda mövzularla bağlı ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oxunub: 518
Oxşar xəbərlər
SON XƏBƏRLƏR