dini radikalizm və ekstremizmlə mübarizə

AXC PARTİYASININ SƏDRİ ƏLİ KƏRİMLİNİN İSTEFASI TƏLƏB OLUNDU


25.09.2019- cu il BMM Azərbaycanın ictimai xadimləri, bir qrup qadınlar, tələbələr, media nümayəndələri və qeyri hökumət təşkilatları təmsilçiləri "XXI ƏSR QADINLARI" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynovanın təşəbbüsü ilə keçirilmiş “Sənin hekayən bizim hekayəmizdir “
aksiyasında toplaşaraq “ana müxalifət” AXC Partiyasının rəhbərlərinin qadına qarşı törətdikləri işgəncəyə və bu cinayəti gizlətdiklərinə görə onlardan istefa tələb etdilər.Aksiya iştirakçıları BMT sənədlərində qeyd edilən bir qadına qarşı zorakılıq dünya qadınlarına qarşı zorakılıq prinsipini əsas götürərək, törədilmiş bu cinayətdə hakimiyyət hərisləri olan Əli Kərimlinin və onun komandasının bilavasitə ortaq olmaqda təqsirli hesab etdilər. Tədbir iştirakçıları qadınlara qarşı zorakılıqla məşğul olan bəzi qadın QHT-larin susqunluğunu təəssüflə qınayaraq törədilmiş bu cinayətə İnsan Hüquqları üzrə Müvəkkil-Ombudsman Aparatının və Ailə, Qadın və Uşaq problemləri Komitəsinin münasibətinin bildirilməsini tələb etdilər.
Tədbirin sonunda Azərbaycanın Qadın ictimaiyyətinə və İnsan Hüquqları ilə məşğul olan beynəkxalq təşkilatlara bu cinayətə münasibət bildirilməsi ilə bağlı müraciətlər də qəbul olundu.

Almaz İlahə







Oxunub: 549
Oxşar xəbərlər
SON XƏBƏRLƏR