dini radikalizm və ekstremizmlə mübarizə

Çavuşoğlu S-400-dən danışdı: Rusiya istəsə, Azərbaycana...

Çavuşoğlu S-400-dən danışdı: Rusiya istəsə, Azərbaycana...
Rusiyadan alınan S-400 raket komplekslərinin Azərbaycana, yaxud Qətərə yerləşdirilməsi məsələsi heç vaxt gündəmdə olmayıb.

Djb.az-ın Axar.az-a istinadən məlumatına gorə, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Sputnik-in Türkiyə bölməsinə açıqlamasında deyib.


“Belə bir mövzu heç vaxt gündəmə gəlməyib. Bunlar barədə sadəcə mediada müzakirələr aparılır. Heç bir problem yoxdur. Biz Rusiya ilə razılıq əldə etmişik. İndi isə göndərilməsi prosesi ətrafında müzakirə aparılır. Rusiya istəsə, Azərbaycana birbaşa satar. Vasitəçiliyə gərək yoxdur. İki ölkənin (Rusiya ilə Azərbaycan nəzərdə tutulur - red.) əlaqələri də olduqca normaldır”, - deyə XİN rəhbəri bildirib.

Oxunub: 675
Oxşar xəbərlər
SON XƏBƏRLƏR