dini radikalizm və ekstremizmlə mübarizə

Diasporada baş qaldıran canlanma bizim də Beynəlxalq təşkilat olaraq fəaliyyətimizə böyük stimul verir.

Diasporada baş qaldıran canlanma bizim də Beynəlxalq təşkilat olaraq fəaliyyətimizə böyük stimul verir.
Son zamanlar diasporada baş qaldıran canlanma bizim də Beynəlxalq təşkilat olaraq fəaliyyətimizə böyük stimul verir. Avropa ölkələrində diaspora və lobbiçilik fəaliyyətinin bu səpgidə aparılması sevindiricidir. Elm-təhsil sahəsində güclü inkişaf dövlətin möhkəm sütunu deməkdir. Bu günlərdə Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açılışda iştirak edib.
Məktəbdə 6-9 və 9-13 yaşlar üzrə iki sinif fəaliyyət göstərəcək. Uşaqlara Ana dili ilə yanaşı Azərbaycan tarixi, coğrafiyası, qəhrəmanları, ədəbiyyatı da tədris ediləcək. Məktəbə yazılan azərbaycanlı uşaqların sayı 20 nəfərdir və hazırda uşaq qəbulu davam edir.
Bu özü böyük bir uğurdur.
Birləşmiş Dünya Azərbaycanlıları təşkilatı adından Diaspola iş üzrə Dövlət Komitəsinin sədri hörmətli Fuad Muradova gördüyü belə əvəz olunmaz işlərində uğurlar diləyirəm .


Könül Məmmədzadə...
BDAT-Azərbaycan nümayəndəliyinin rəhbəri

Oxunub: 593
Oxşar xəbərlər
SON XƏBƏRLƏR