dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyandan əsl hiyləgər erməni gedişi - RƏY

Paşinyandan əsl hiyləgər erməni gedişi - RƏY
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti hiyləgər gedişini etdi. Bəllidir ki, Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovu həbs etmək istəyi Kremlin xoşuna gəlməyib və Rusiya rəsmiləri Yerevanın bu qərarına açıq etirazlarını bildiriblər.

Bunu Oxu.Az-a azərbaycanlı politoloq Elxan Şahinoğlu deyib.

“Ancaq Paşinyan Moskvanın bu etirazı qarşılığında “səhv etdik, Yuri Xaçaturov fəaliyyətinə davam edə bilər” desəydi, tərəfdarlarının gözündə zəif görünəcəkdi, onun ünvanına “Kremlin xəbərdarlığından qorxdu” ifadəsini səsləndirəcəkdilər”, - politoloq bildirib.

Bəs belə olan halda Paşinyan hansı addımı atdı?

Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri təşkilata Yuri Xaçaturovun əvəzinə baş katib kimi keçmiş müdafiə naziri Vaqarşak Arutunyanın namizədliyini irəli sürdü.

“Kreml Xaçaturovun geri qaytarılmasına etiraz etsə də, Vaqarşak Arutunyanın namizədliyinin əleyhinə də açıq mövqe bildirməkdə çətinlik çəkir. Çünki Paşinyanın irəli sürdüyü Vaqarşak Arutunyan tam ruspərəstin biridir, bu general məhz Rusiyanın dəstəyilə Ermənistanda 1990-cı illərdə vacib hərbi postlarda çalışıb.

Beləcə, Paşinyan Xaçaturovu geri çağırmaqla Moskvadan çəkinmədiyini, Vaqarşak Arutunyanın namizədliyini irəli sürməklə isə Moskvanın maraqlarını nəzərə aldığını büruzə verir. Tam erməni gedişidir”, - E.Şahinoğlu qeyd edib.

Oxunub: 846
Oxşar xəbərlər
SON XƏBƏRLƏR