dini radikalizm və ekstremizmlə mübarizə

Birliyin fəalları "Əsgər istəyilə" verilişinin qonağı oldular

Birliyin fəalları "Əsgər istəyilə" verilişinin qonağı oldular
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin bir qrup üzvü martın 30-da Azərbaycan Radiosunun sevilən proqramlarından birinin - "Əsgər istəyilə"verilişinin qonağı oldu.Tanınmış aparıcı Rəhman Quluzadənin müəllif olduğu verilişin qonaqları "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri Şamil Sabiroğlu, bu Təşkilatın Qadınlar Şurasının sədri, Xocalıdan məcburi köçkün Ayna Allahyarqızı, Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbinin direktoru Əfsanə İbrahimova, həmin məktəbin 8 c sinif şagirdi Sərfinaz Mərdanlı idi.Qonaqlar "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin və Tatar kənd tam orta məktəbinin milli vətənpərvərlik ruhunda təşkil etdiyi tədbirlər haqda dinləyicilərə məlumat verdilər.
Sonda xatirə şəkilləri çəkildi.

Şamilə Şamilqızı,
"xebertv.az" və "fact-info.az" saytlarının xüsusi müxbiri.

Birliyin fəalları "Əsgər istəyilə" verilişinin qonağı oldular
Birliyin fəalları "Əsgər istəyilə" verilişinin qonağı oldular

Oxunub: 793
Oxşar xəbərlər
SON XƏBƏRLƏR