dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan və Rumıniya mayeləşdirilmiş qazın Avropaya tranziti layihəsinin reallaşdırılmasına hazırlaşır

Azərbaycan və Rumıniya mayeləşdirilmiş qazın Avropaya tranziti layihəsinin reallaşdırılmasına hazırlaşır



Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan AGRI (Azərbaycan-Gürcüstan-Rumıniya interkonnektoru) uzunmüddətli perspektivdə Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında vacib alətə çevrilməkdədir.

Bunu Trend-ə Rumıniyanın energetika nazirinin müavini Yulian Tudoraş deyib.

O bildirib ki, Rumıniya, Azərbaycan və Gürcüstan layihənin qiymətləndirilməsi mərhələsini başa çatdırmaq və onun işə salınması prosesini başlatmaq məqsədilə AGRI LNG layihəsi üzərində işləyir: "AGRI LNG layihəsi enerji əməkdaşlığı və Xəzər regionundan Avropaya qaz tədarükünün təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır”.

Qeyd edək ki, AGRI layihəsi Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahillərindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdə tutur. Qara dəniz sahilinə çatdırılan Azərbaycan qazı xüsusi terminalda mayeləşdiriləcək və bundan sonra tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala nəql ediləcək.

2017-ci ildə layihənin dəyəri 4,5 milyard avroyadək qiymətləndirilib. AGRI layihəsinin iştirakçıları SOCAR, Gürcüstan Neft-qaz Korporasiyası, eləcə də MVM (Macarıstan) və "Romgaz” (Rumıniya) şirkətləridir.

Oxunub: 657
Oxşar xəbərlər
SON XƏBƏRLƏR