dini radikalizm və ekstremizmlə mübarizə

İlham Əliyev Türkiyə ilə imzalanan bəzi sazişləri təsdiqləyib

İlham Əliyev Türkiyə ilə imzalanan bəzi sazişləri təsdiqləyib
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Təhsil Nazirliyiilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Oxu.Az-ın məlumatına görə, sözügedən sənəd 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərməlidir.

Dövlət başçısı həmçinin Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumunun təsdiq edilməsi, eləcə də Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında yem bitkiləri toxumunun istehsalı və sertifikatlaşdırılması sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərmanlar imzalayıb.

Oxunub: 782
Oxşar xəbərlər
SON XƏBƏRLƏR