Bir çox insan koronavirusdan sağaldıqdan sonra da xəstəliyin bəzi əlamətlərini uzun müddət özündə hiss edir.
KONKRET.az xəbər verir ki, bu barədə Harvard Universitetinin professoru Tobias Kurt bildirib.
Professorun sözlərinə görə, əsasən də gənclər xəstəlikdən bir neçə ay sonra da idmanla məşğul ola bilmirlər. Buna səbəb kimi onlarda zəifliyin müşahidə olunması və nəfəs almaqda çətinlik göstərilir.
Kurt qeyd edib ki, bu ağırlaşmaların xroniki hala gələ biləcəyi, yaxud zaman keçdikcə yoxa çıxacağını iddia etmək üçün virus hələ kifayət qədər ətraflı öyrənilməyib.
O bildirib ki, infeksiyanın xroniki nəticələrə səbəb ola biləcəyi təsdiq edilərsə, elm adamları simptomların yaranma riskini azaldacaq vasitələr hazırlamalı olacaqlar.
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri koronavirusa yoluxanların ömrünün sonuna kimi onun nəticələrindən əziyyət çəkə biləcəyi fikrini irəli sürmüşdülər.
Oxunub: 788