Sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda analiz üçün ödəniş tələb edilməsi barədə məlumat yayılıb.
KONKRET.az -ın məlumatına görə, iddia edilir ki, sözügedən səhiyyə ocağında müxtəlif müayinələr üçün fərqli məbləğlər tələb olunur. Misal üçün, koronavirus (COVID-19) testinin aparılması 50 manata başa gəlir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva oxu.az-a açıqlamasında bildirib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda laborator xidmətlər ödənişli əsaslarla göstərilmir:
“Orada koronavirus testləri aparılmır”.
Oxunub: 704