dini radikalizm və ekstremizmlə mübarizə

Ağrılarla bağlı bunları bilirdinizmi?


Kəskin ağrı bədənin ani diqqətə ehtiyacı olduğunu göstərmək üçün qaldırdığı “qırmızı bayraq”dır. Xroniki ağrı isə həftələrlə, aylarla bəzən illərlə davam edən ağrılardır.

Bir qayda olaraq, qadınlar kişilərə nisbətən ağrını daha çox hiss edirlər. Tədqiqatçılar müəyyən ediblər ki, qadınların dərisinin bir kvadratsantimetrində 34 sinir ucluğu, kişilərdə isə cəmi 17 sinir ucluğu var.

Sinir ucları baş beyinə müəyyən siqnalları daşıyırlar. Bunun nəticəsində insan müxtəlif ağrıları hiss edir. Ağrı siqnalları beyinə çatan zaman beyindəki hipofiz vəziləri endorfin hormonları ilə zəngin bir maddə ifraz etməyə başlayır və məhz həmin maddə orqanizmdə təbii ağrıkəsici rolunu oynayır.

Milli Sağlamlıq İnstitutları tərəfindən aparılan araşdırmalar göstərib ki, dünya üzrə insanların ən çox əziyyət çəkdiyi ağrı bel ağrılarıdır. Təkcə Amerikada 26 milyondan artıq, 20-64 yaşlı amerikalı bel ağrısından əziyyət çəkir və hər il orta hesabla ağrıkəsici preparatlara 50 milyard dollardan artıq pul xərcləyirlər. İkinci ən geniş yayılan ağrı növü isə baş ağrılarıdır.

İnsanlar tez-tez davamlı baş ağrıları şikayəti ilə həkimə müraciət edirlər. Adətən, baş ağrıları keçirilmiş hər hansı bir xəstəliklə əlaqələndirilir.

Planetimizin sakinlərinin 30-35 %-i xroniki baş ağrılarından əziyyət çəkir. İnsanların 80 %-i ömründə bircə dəfə də olsa bu ağrını hiss edib. Baş ağrısı əlli müxtəlif səbəbdən və müxtəlif xəstəliklərin təzahürü kimi baş qaldıra bilər.

Ağrı hiss edən insan təkcə fiziki cəhətdən əziyyət çəkmir, bu, həm də psixoloji və emosional cəhətdən baş verir. Xroniki ağrı hiss edərkən insan özündən tez çıxır və stress keçirir. 2004-cü ildə həyata keçirilmiş bir elmi tədqiqat zamanı belində ağrılar hiss edən insanın beyninin ölçüsü sağlam insanın beynindən 11 % kiçik çıxmışdı.

Hansısa xəstəlikdən əziyyət çəkən insan xəstəliyin yaratdığı ağrını azaltmağa çalışmasa, ümumilikdə sağalma prosesini ləngidə bilər. Belə hallarda tez-tez xəstəliyin ağırlaşması halları baş verir, çünki ağrı insanın immun sisteminə mənfi təsir göstərir və onu zəiflədir.

Oxunub: 630
Oxşar xəbərlər
SON XƏBƏRLƏR