Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.
Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
Nazirlik rəsmisi qeyd edib ki, Leyla Seyidbəyli öz ərizəsilə vəzifədən azad olunub:
“Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin əmrinə əsasən, Leyla Seyidbəyli 7 saylı Doğum Evinə baş həkim təyin edilib”.